“Qarabağ” “Neftçi”ni darmadağın etdi
02.04.2024 , 21:55

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
“Qarabağ” “Neftçi”nin qonağı olub və 4:0 hesablı qələbə qazanıb.
Yarımfinalın digər qarşılaşması sabah keçiriləcək.
2 aprel (çərşənbə axşamı)
20:00.“Neftçi” – “Qarabağ” – 0:4
Qollar: Toral Bayramov, 14-pen., 29, Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
“Neftçi Arena”
