“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirildi
30.04.2024 , 11:51

Azərbaycan Premyer Liqasının 33-cü turunun “Qarabağ” – “Neftçi” oyununun keçiriləcəyi stadion dəyişdirilib.
Korner.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Mayın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan qarşılaşma təşkilati işlərlə əlaqədar olaraq “Azersun Arena”da oynanılacaq.
Oyunun başlama saatı və tarixi ilə bağlı hər hansı dəyişiklik edilməyib. Matç saat 19:30-da start götürəcək.
