Azərbaycan kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” matçın biletlərini satışa çıxarıb.
Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.
“Qarabağ” azarkeşləri üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdı.
Mayın 25-i keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.