“Qarabağ” mövqeyini qorudu
10.04.2023 , 13:46

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klubların yeni reytinq sıralamasını açıqlayıb.
Korner.az xəbər verir ki, sıralamada 306 komanda yer alıb. Onların Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” var.
Ağdam təmsilçisi 149 xalla 62-ci sırada yer alıb və mövqeyi son reytinqlə müqayisədə dəyişməyib.
“Qarabağ” Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında 1-cidir.
İlk “3-lük”də “Flamenqo” (Braziliya – 327 xal), “Real” (İspaniya – 298) və “Mançester Siti” (İngiltərə – 254) qərarlaşırlar.
