“Qarabağ” 4 cavabsız qolla qalib gəldi
19.07.2023 , 22:00

Bu gün “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”u ilə cavab oyununa çıxıb.
Korner.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə bitib.
Cəbəllütariqdə oynanılan ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu
20:00. “Qarabağ” – “Linkoln” – 4:0
Hakimlər: Eldorjan Hamiti, Ridiger Çokaj, Ani Koçiaj, Cjapi Kreşnik (Albaniya)
Bakı Olimpiya Stadionu
İlk oyun – 2:1.
