“Qarabağ” – “Linkoln” oyununun biletləri satışa çıxarılır
09.07.2023 , 23:15

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununun biletləri satışa çıxarılır.
Korner.az xəbər verir ki, azarkeşlər iyulun 10-u saat 11:00-dan biletləri əldə edə biləcəklər.
İyulun 19-u saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
