“Qarabağ” “Legiya”ya məğlub oldu
01.07.2023 , 21:52

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Polşanın “Legiya” komandası ilə qarşılaşıb. “Qarabağ” 2 cavabsız qolla məğlub olub.
“Qarabağ” ilk sınaq matçında Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə etmişdi – 3:3.
1 iyul
Yoldaşlıq oyunu
20:00 Qarabağ – Legiya 0:2
Qollar: M.Rosolek, 75, J.Elitim, 80
