“Qarabağ”dan qələbə, “Neftçi” “Sabah”la heç-heçə etdi
01.02.2022 , 21:41

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Qarabağ” doğma meydanda “Keşlə” komandasını qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Günün digər matçında “Neftçi” “Sabah”la üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-hrçə ilə bitib.
1/4 final mərhələsinin digər oyunları sabah keçiriləcək.
Azərbaycan kuboku, 1/4 final mərhələsi, ilk oyunlar
1 fevral
“Qarabağ” – “Keşlə” – 1:0
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:30
“Neftçi” – “Sabah” – 1:1
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
8-ci km stadionu, 19:45
2 fevral
Zirə – Səbail
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 17:00
Sumqayıt – Qəbələ
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sumqayıt şəhər stadionu, 19:15
