“Qarabağ” keçilməz rəqib deyil” – “Olimpiya”nın kapitanı
19.06.2018 , 15:20
“Çətin rəqiblə qarşılaşacağıq. Lakin rəqibimiz keçilməz deyil”.
Bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya”nın kapitanı Branko İliç Sloveniya mətbbuatına açıqlamasında deyib.
Püşkü dəyərləndirən təcrübəli müdafiəçi iddialı danışıb: “Rəqibi məğlub etmək və II mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Komandamıza inanırıq. Biz artıq keyfiyyətimizi sübut etmişik. Yaxşı hazırlaşmalıyıq”.