Yaponiya, Seneqal və Rusiya qalib gəldi
19.06.2018 , 21:00

Bu gün dünya çempionatında ilk tura yekun vurulacaq. H qrupunda iki oyun keçirləcək.
Əvvəlcə meydana Kolumbiya və Yaponiya milliləri çıxacaq. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunur. Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşacaq. Levandovski-Mane mübarizəsi adlandırılan bu görüşə də maraq böyükdür.
A qrupunda isə 2-ci tura start veriləcək. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşacaq. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması Uruqvaya uduzub – 0:1
19 iyun
DÇ-2018
H qrupu
1-ci tur
16:00. Kolumbiya – Yaponiya 1:2
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair).
19:00. Polşa – Seneqal 1:2
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri, Əbdülrəhman Əl Yassim (hər ikisi Qətər).
A qrupu
2-ci tur
22:00. Rusiya – Misir 3:1
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).
