“Qarabağ” İmişlidə qalib gəldi – VİDEO
13.04.2023 , 11:53
Futbol üzrə Azərbaycan I Divizionunda XXIV tura yekun vurulub.
Korner.az xəbər verir ki, “İmişli” doğma meydanda “Qarabağ-2″ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
“İmişli” – “Qarabağ-2” – 0:1
Qollar: Musa Musazadə, 90+4
Qırmızı vərəqə: Elmir Abbasov, 71 (”Qarabağ-2”)