“Qarabağ” – “Gent”: Mətbuat konfransı və açıq məşqlərin vaxtı bilindi
13.02.2023 , 23:38

Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Gent” oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib.
Korner.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki tədbir fevralın 15-də keçiriləcək:
18:00. “Qarabağ”ın mətbuat konfransı
18:30 “Qarabağ”ın mediaya açıq məşqi (İlk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu
19:45. “Gent”in mətbuat konfransı
22:00. “Gent”in mediaya açıq məşqi (İlk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu
