Sabah Topaz Premyer Liqanın VI turunda “Turan”ın qonağı olacaq “Qarabağ” artır qərb bölgəsindədir.
Korner.az-ın məlumatına görə, sentyabrın 21-də Bakını tərk edən komanda Gəncəyə yollanıb. Oyun gününə kimi adıçəkilən şəhərdə qalacaq Ağdam təmsilçisi bu gün axşam məşqə də çıxacaq. “Qarabağ” səfərə 19 futbolçu ilə yollanıb.
Qeyd edək ki, “Turan” – “Qarabağ” oyunu sentyabrın 23-də saat 16:00-da keçiriləcək.
