“Qarabağ” 2012/2013 mövsümünə start verir. Konrer.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, mayın 11-də başa çatan ötən mövsümdən sonra istirahətə yollanan komanda bu gün yeni futbol ilinə qədəm qoyacaq. Artıq Ağdam təmsilçisinin legionerləri də düşərgəyə gəliblər.
Saat 18:00-da məşqə çıxacaq “Qarabağ” ilk hazırlığını Suraxanı qəsəbə stadionunda edəcək. İyunun 29-na kimi Bakıda çalışacaq komanda bir gün sonra təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək.