“Qarabağ” – ÇSKA matçının vaxtı məlum oldu
03.07.2023 , 23:40

“Qarabağ”ın Avstriya toplanışı çərçivəsində Sofiya ÇSKA-sına qarşı keçirəcəyi oyunun vaxtı məlum olub.
Korner.az xəbər verir ki, Bolqarıstan təmsilçisi ilə görüş iyuliun 4-ü Bakı vaxtilə saat 20:00-da start götürəcək. Oyun “Vörgl” stadionunda baş tutacaq.
“Qarabağ” Avstriyada keçirdiyi ilk yoxlama matçında “Ferentsvaroş”la 3:3 hesablı heç-heçə edib, “Legiya”ya isə 0:2 hesabı ilə uduzub.
