Ağdamın "Qarabağ" klubu ciddi itki ilə üzləşib. Korner.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın əsas fiqurlarından olan Əfran İsmayılov zədələnib. Yarımmüdafiəçinin zədəsinin ciddi olduğu aşkarlanıb və mövsümün sonuna kimi heç bir matçda forma geyinə bilməyəcək.
Qeyd edək ki, Əfran İsmayılov “Bakı” ilə matçın 66-cı dəqiqəsində Muarem Muaremin əvəzinə meydana çıxmışdı.