“Qarabağ” “Bayer”lə heç-heçə etdi
07.03.2024 , 23:47

“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyuna çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Bayer”i (Leverkuzen) qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə bitib
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyun
7 mart
21:45 Qarabağ – Bayer (Leverkuzen, Almaniya) – 2:2
Qollar: Yassin Benzia, 26, Juninyo, 45+2 – F.Virts, 70, P.Şik, 90+2
Baş hakim: Benoit Basten (Fransa)
