Azərbaycan Premyer Liqasının təqvimində daha 1 dəyişiklik olub. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə V turun “Qarabağ” – AZAL qarşılaşmasının yeri dəyişdirilib. Oyun əvvəlcədən planlaşdırıldığı tarixdə baş tutacaq. Lakin sentyabrın 16-da keçiriləcək qarşılaşmanın ev sahibi “Qarabağ” deyil, AZAL olacaq. AZAL – “Qarabağ” görüşünün I dövrədə oynanılması üzündən II dövrədə “Qarabağ” – AZAL matçı baş tutacaq. Bu dəyişiklik ölkəmizdə 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatı ilə əlaqədardır. Cari mövsüm “Qarabağ”ın sifariş etdiyi Tofiq Bəhramov adına Respublika stadionunda son tamamlama işləri getdiyindən AZAL və “Qarabağ” oyunun yerinin dəyişdirilməsi barədə razılıq edib. Bununla bağlı Peşəkar Futbol Liqasına da müraciət olunub.
Qeyd edək ki, AZAL – “Qarabağ” oyunu Şüvəlandakı “AZAL-Arena”da keçiriləcək. Oyunun keçirilmə vaxtı 18:30-a təyin olunub.
