“Qarabağ” səfərdən heç-heçə ilə qayıdır
05.08.2021 , 23:21
Bu gün Konfrans Liqasında üçüncü təsnifat mərhələsin start verilib.
Korner.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” da bu gün növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Kiprdə AEL-lə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
21:00 AEL(Limassol, Kipr) – “Qarabağ” (Azərbaycan) – 1:1
“AEK Arena”, Larnaka şəhəri
Baş hakim – Qlenn Nyüberq (İsveç)
Komandalar arasındakı cavab qarşılaşması avqutsun 12-də Bakıda keçiriləcək.