Bir günlük istirahət sabah bitir
Bazar günü Premyer Liqanın XIII turu çərçivəsində "Simurq"u qəbul edəcək "Qarabağ" klubu sabahdan məşqlərə start verəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iki gün öncə "Bakı" ilə yoxlama oyunundan sonra dünən məşqə çıxan Qurban Qurbanovun komandası bu gün istirahət edib.
Suraxanı qəsəbə stadionundakı məşq sabah saat 11:00-a təyin olunub. Millinin heyətində Şimali İrlandiyaya yollanan futbolçular isə 2 gün sonra komandanın düşərgəsinə qoşulacaqlar.
