Ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının iştirakçılarının Azərbaycana gəlişi davam edir.
Korner.az– ın məlumatına görə, artıq U-17 qadınlardan ibarət Qana və Yeni Zelandiya milli komandaları da ölkəmizə təşrif buyurub.
Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qız qarşılama ənənəsinə sadiq qalaraq onları salamlayıb, gül dəstələri təqdim edib və qonaqpərvərliyini nümayiş etdirib.
