“Qalatasaray”la yeni müqavilə imzalayır
06.05.2024 , 17:12
“Qalatasaray”ın futbolçusu Dris Mertens karyerası ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, oyunçu Türkiyə klubunda qalacaq.
Belçikalı hücumçu İstanbul təmsilçisi ilə müqavilə yeniləməyi fikirləşir.
Tərəflər arasında yaxın zamanda 1 illik sözləşmə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Dris Mertens 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edir.