Uyfaluşinin zədələnməsindən sonra "Qalatasaray"ın rənglərinə bağladığı braziliyalı müdafiəçi Kris az əvvəl İstanbula gəlib.
Korner.az xəbər verir ki, "sarı-qırmızılı" klubun 1 illik müqavilə bağladığı, bütöv adı Kristiano Markes Qomes olan Krisi Atattürk havalimanında böyük azarkeş kütləsi qarşılayıb.
Onun sabah erkən saatlarda tibbi müayinədən keçəcəyi gözlənilir.
