"Neftçi" ilə oyun bizim üçün elə də çətin keçməyəcək. Çünki azarkeşlər önündə oynayacağıq və qalib gəlməyə borcluyuq". Korner.az-ın məlumatına görə, bu sözləri "Partizan" klubunun kapitanı Saşa İliç deyib.
Bir zamanlar "Qalatasaray"ın da formasını geyinmiş İliç Serbiya mətbuatına danışarkən rəqibə hörmətlə yanaşdıqlarını və yalnız 3 xalı hədəflədiklərini dilə gətirib:
"Rəqibimizə hörmətlə yanaşırıq. Lakin qələbə qazanmağa borcluyuq və bunu doğma azarkeşlər önündə göstərəcəyik. İlk oyunda uğurlu start götürmək çox önəmlidir. Bu oyunda qələbə bizi "İnter" və "Rubin"lə oyunlara yüksək motivasiya ilə çıxmağa kömək edəcək".
