“Qalatasaray”ın növbəti hədəfi
07.06.2023 , 16:21

“Qalatasaray”ın növbəti transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, “sarı-qırmızılar” “Trabzonspor”dan Abdulkadir Ömürü heyətinə cəlb etmək istəyir.
Bu transferlə “Qalatasaray” komandada yerli futbolçuların sayını artırmağı düşünür.
Tərəflərin yaxın zamanda danışıqlara başlayacağı bildirilir.
“Trabzonspor”da 29 rəsmi oyuna çıxan Abdulkadir Ömür 2 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib.
Mina Musayeva
