Çexiya millisinin futbolçusu Milan Baroş milli komanda karyerasına son qoydu. Korner.az-ın məlumatına görə, "Qalatasaray"ın hücumçusu Portuqaliya ilə keçirilən Avro-2012 matçından sonra (0:1) milli komanda karyerasını bitirdiyini futbolçu yoldaşlarına açıqladı. Baroşun qısa zaman ərzində bunu rəsmən açıqlayacağı bildirilir.
Qeyd edək ki, 30 yaşlı forvard 92 dəfə geyindiyi milli forma altında 41 qola imza atılıb.