“Qalatasaray”dan Kerem qərarı
03.05.2024 , 18:54

“Qalatasaray” futbolçusu Kerem Aktürkoğlu ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi oyunçunu satmağı planlaşdırır.
“Sarı-qırmızılar” 25 yaşlı vinger üçün 10 milyon avrodan yuxarı gələcək təklifləri dəyərləndirəcək.
Kerem Aktürkoğlu 2020-ci ildən “Qalatasaray”da çıxış edir.
