“Qalatasaray”dan 2 transfer
04.01.2020 , 18:57

“Qalatasaray” klubu heyətini iki yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Henri Onyekuru və Marselo Saraççini icarəyə götürəcək.
Hər iki futbolçunun transferi ilə bağlı klubları ilə danışıqlara start verildiyi rəsmən təsdiqlənib.
