“Qalatasaray”da virusa yoluxanlar var
27.01.2022 , 17:23
“Qalatasaray”da koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Koronavirusa yoluxanlardan biri futbolçu, digəri isə klub işçisidir. Həmin şəxslərin adları açıqlanmayıb. Onların karantinə alındığı bildirilib.