“Çelsi” məğlubiyyətindən sonra “Qalatasaray” rəhbərliyindən Adnan Nas ilə Mehmet Cibara arasında baş verən söyüşlü mübahisə ilə bağlı qərar verilib.
Korner.az-ın məlumatına görə, bu mübahisəni “Qalatasaray”ın voleybol şöbəsinin rəhbəri Mehmet Cibaranın mətbuata sızdırdığı müəyyənləşib.
“Cimbom”un prezidenti Ünal Aysalın yanına çağırılan Mehmet Cibara istefa ərizəsini Aysala təqdim edib.
Qeyd edək ki, Mehmet Cibara 3 ildir ki, “Qalatasaray”ın voleybol şöbəsinin rəhbəri idi.
