big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Pilot”un AZALmayan istəkləri (AZAL)

24.03.2014 , 19:37

Vaqif Sadıqovun istefasından çox, istefanın səbəbi insanda acı istehza doğurur. Azərbaycan çempionatı bəlkə də dünyada oxşarı olmayan çempionatlandandır ki, burada istənilən klub avrokubok xülyasıyla yaşayır. Amma gərək "dilinə görə dilçəyin də olsun".

Ötən mövsümün sonunda büdcəsini iki dəfə azaldan, aparıcı oyunçularını əldən buraxan bir klub rəhbərliyinin məşqçidən "Avropa bileti" tələb etməsi gülüncdür. Bütün klubların təlim-məşq toplanışlarını Antalyada keçirdiyi günlərdə AZAL yayın cırhacırında, qışın soyuğunda Bakıdakı süni meydançalarda tər tökürdü. Yoldaşlıq görüşlərini yerli Birinci divizion klubları ilə keçirən komandadan nəticə tələb etmək absurd deyilmi? Doğrudanmı klub rəhbərliyi bütün günahı Sadıqovda görür? Və ya başqa bir mütəxəssisin bu şəraitdə daha yaxşı nəticə verə biləcəyinə inanır? Cavabı "bəli" olanın futboldan zərrəcə anlayışının olmasına təəccüb edərəm. Yəni rəhbərlik bu qədərmi sadəlövhdürdür ki, Tərlan Əhmədovun az qala üç dəfədən artıq olan xal fərqini "əridəcəyinə" inanır?

Xatırlayıram, komandanın büdcəsinin azaldılmasına münasibət bildirərkən Vaqif müəllim bunları demişdi: "Batan gəmini kapitan ən sonda tərk etməlidir. Mən də o əqidənin sahibiyəm". Üzülməyin, Vaqif müəllim! Sizə verdikləri çürük gəmini batıran siz deyilsiz!

Məsələnin digər tərəfi azərbaycanlı baş məşqçilərə göstərilən ikili standarddır.Hamının "yerli məşqçilərə güvənin", – deyə bağırdğı bir məqamda yerli məşqçinin ciddi səbəb göstərilmədən istefaya göndərilməsinə başqa nə ad vermək olar? Sadıqovun yerinə əcnəbi baş məşqçi olsa idi, AZAL onunla yollarını bu qədər rahat ayıra bilərdimi? Əlbəttə, yox! Çünki azərbaycanlı baş məşqçilər heç vaxt təzminat tələbi ilə çıxış etməyi qürurlarına sığışdırmayıblar; buna cürət etməyiblər və baş verənləri də ört-basdır etməyə çalışıblar.

Götürək elə Syomin və Pantiç həzrətlərini. Syominin bir sözünü iki eləməyən, ona hər cür şəraiti yaradan, istədiyi futbolçunu transfer edən, belə desək, Yurinin "əlini isti sudan soyuq suya salmayan", "başının altına yeddi yerdən yastıq qoyan"  "Qəbələ" rəhbərliyi sabah istədiyi nəticəni ala bilməyəndə onu rahat şəkildə qova biləcəkmi? Cavab gün kimi aydındır: yox! Axı onlar da anlayır ki, Syomin qovulacağı təqdirdə aləmə car çəkəcək. Pantiç də onun kimi. Yəqin ki, "Bakı"nın Bandoviçlə  "Xəzər Lənkəran"ın Toni Doblasla "Turan"ın Naci Şənsoyla yaşadığı problemləri unutmamısız.

Bir maraqlı məqam daha: bu mövsüm Premyer Liqada 7 dəfə məşqçi dəyişikliyi baş verib ki, onların 6-da "baş rolda" yerlilər olub. Bu isə klublarn yerlilərə "münasibətini" ortaya qoyur.

Premyer Liqa klublarının çalışdırıcıları arasında ən təvazökarı olan Sadıqov belə sonluğa layiq deyildi. Mətbuatın müsahibə xahişini heç vaxt geri çevirməyən Vaqif müəllim bu xüsusiyyətinə görə örnək alınası şəxslərdən idi.Nə yazıq ki, Azərbaycana gəldikləri gündən bir qara qəpiklik fayda verməyən foqtsların, syominlərin fonunda Vaqif Sadıqov, Nazim Süleymanov kimilərin "qurbanlıq qoyun" seçilməsi yerli məşqçilərə göstərilən ikili standardın göstəricisidir, təəssüf.

P.S. Səriştəsiz klub rəhbərliyinin "sayəsində" viranə qalan "təyyarə"nin yükünü çiyinlərində daşıyan Vaqif müəllimdən sonra komandanın üzləşəcəyi aqibət məndə narahatlıq doğurur.

Ürfan Məmmədzadə

Son yazılar

To Top