UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Madrid "Real"ı ilə qarşılaşan və bu görüşdə 0:3 hesabı ilə məğlub olan "Cim-Bom" İstanbuldakı cavab görüşündə iki aparıcı futbolçusundan yararlana bilməyəcək.
Korner.az-ın məlumatına görə, "Türk Telekom" arenada baş tutacaq cavab oyununda Burak Yılmaz və Dani oynamayacaq. Hər iki futbolçu "kral" klubu ilə oyunda sarı kart alaraq cəzalı duruma düşməsi olub.
Lakin Madrid klubunda da, Serxio Ramos və Xabi Alonso eyni cəza ucbatından cavab görüşündə çıxış etməyəcək.
