“Qalatasaray”da ciddi itki
14.02.2024 , 23:59

“Qalatasaray” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, klubun futbolçusu Hakim Zieş sıradan çıxıb.
O, Avropa Liqası pley-off mərhələsində Praqa “Sparta”sı ilə oyunu buraxacaq.
Bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk matç öncəsi keçirilən mətbuat konfransında məlumat verib.
“Qalatasaray” – “Sparta” görüşü sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
