“Qalatasaray” yeni transferini rəsmən açıqladı
09.02.2024 , 09:50

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Hannover”dən Derrik Köhnü transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
