Türkiyə Super Liqasının 27-ci turunda baş tutan “Torku Konyaspor” – “Qalatasaray” oyununda qalib müəyyənləşməyib.
Korner.az-ın məlumatına görə, son vaxtlar liqada qol vurmağa əziyyət çəkən “Cimbom” yenə xal itirib.
Qolsuz heç-heçənin qeydə alındığı qarşılaşmadan sonra “Qalatasaray” 50 xalla 2-ci pillədə qərarlaşıb.