Son günlər Türkiyənin idman mediasında gündəm mövzusuna çevrilən "Superliqa kubokunun "Şükrü Saraçoğlu" stadionuna gətirilib-gətirilməyəcəyi" məsələsi, deyəsən, həllini tapıb.
Korner.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, çempionun müəyyənləşəcəyi "Fənərbağça" – "Qalatasaray" qarşılaşmasından sonra uzun marafonun qalibi elə "Şükrü Saraçoğlu"da kubokla təltif olunacaq. Qəzet iddia edir ki, Türkiyə Futbol Federasiyasının məsul şəxsləri "Cim-bom"un çempion olacağı təqdirdə kuboku məhz "Fənər"in meydanında başı üzərinə qaldırmasının verə biləcəyi əks reaksiyanı nəzərdən keçirir. Yetkililərin çoxu kubokun "Şükrü Saraçoğlu"na aparılmasının tərəfdarıdı.