“Qalatasaray” Torreyranı onunla əvəzləyəcək
26.04.2023 , 12:39

“Qalatasaray” yeni transfer axtarışındadır.
Korner.az xəbər verir ki, Torreyra komandadan ayrılacağı təqdirdə, klub PSJ-nin futbolçusu Paradesi transfer etmək fikrindədir.
Parades bu mövsüm icarə əsasında “Yuventus”da 19 oyunda iştirak edib. Müqavilə ilə PSJ-yə məxsus olan futbolçunun Paris təmsilçisi ilə 2024-cü ilə qədər sözləşməsi var.
Futbolçunun transfer dəyəri isə 12 milyon avrodur.
