“Qalatasaray” – “Rizespor” matçının vaxtı dəyişdirildi
27.02.2024 , 19:24

Türkiyə Super Liqasının 29-cu turunda keçiriləcək “Qalatasaray” – “Rizəspor” oyununun vaxtı dəyişdirilib.
Korner.az xəbər verir ki, martın 10-da keçirilməli olan görüş martın 8-də baş tutacaq.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
