“Qalatasaray” “Qarabağ”ı təbrik etdi
30.03.2024 , 09:46

“Qarabağ” ötən gün Premyer Liqanın 28-ci turunda “Kəpəz”i 6:1 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu Ağdam təmsilçisini 11-ci çempionluq münasibətilə təbrik edib. Bu barədə “sarı-qırmızılar”ın X hesabında paylaşım edilib:
“Can Azərbaycanda çempion olan “Qarabağ”ı təbrik edirik”.
