“Qalatasaray” onu göndərdi
09.02.2022 , 18:46

“Qalatasaray” futbolçusu Oğulcan Çağlayanı icarəyə verib.
Korner.az xəbər verir ki, futbolçu “Eyüpspor”da çıxış edəcək.
25 yaşlı vinger mövsümün sonunadək I Liqa təmsilçisinin uğurları üçün çalışacaq.
“Qalatasaray” bu keçiddən 100 min avro gəlir əldə edib. “Eyüpspor” 1,5 milyon avro ödəməklə futbolçunu birdəfəlik heyətinə qata bilər.
Oğulcan Çağlayan “Qalatasaray”a 2020-ci ilin yayında “Rizəspor”dan keçib.
