Hücum xəttini gücləndirmək istəyən "Qalatasaray" gözünü "İnter"in ulduz futbolusu Dieqo Militoya dikib.
Korner.az-ın məlumatına görə, gələn mövsüm ÇL-da boy göstərəcək olan "Cim-bom" Elmanderin üstünə düşən yükü azaltmaq istəyir. "İnter" rəhbərliyi Kambiasso, Lusio və Çivu ilə yanaşı argentinalı futbolçunu satışa çıxarıb. Fatih Terim isə yaxın günlərdə Militoya təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Qalatasaray" futbolçunu ötən mövsüm də transfer etmək istəmiş, lakin baş tutmamışdı.
