“Qalatasaray” – “Fənərbağça” oyunu Bakıda?
09.01.2024 , 12:11

Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.
Korner.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına məktub göndərib.
Həm TFF, həm də Superkubokun iştirakçıları olan “Qalatasaray” və “Fənərbağça” klubları yaxın günlərdə təklifə cavab verəcəklər.
