Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” ilə qarşılaşacaq olan “Qalatasaray”da Mançinin istədiyi transfer etmək istədiyi ulduz futbolçu ilə razılıq əldə olunub.
Korner.az Eurosporta istinadən xəbər verir ki, “Sarı-Qırmızılar” Brazliliyanın “Qremio” klubunda forma geyinən Aleks Telleslə razılıq əldə edib. Belə ki, “Cimbom” “Qremio” rəhbərliyinə 7 milyon avro təklif edib və Brazliya klubu da bu təklifi qəbul edib.
Qeyd edək ki, Aleks bu mövsüm Braziliya A Seriasında 32 matçda meydana çıxıb və 1 qol vurub, 3 asist də eləməyi bacarıb.
