Avropa çempionatının başlanmasına az bir müddət qalmış Hollandiya və Ukrayna arasında qalmaqal yaşanır. Korner.az-ın məlumatına görə, qalmaqala əsas səbəb "zambaqlar" ölkəsinin yerli telekanalları səbəb olub. Belə ki, Hollandiya telekanallarının birində gedən reklam çarxlarında yerli azarkeşlərə Ukraynaya getməmək tövsiyyə edilib. Daha doğrusu, xanımlara xəbərdarlıq daşıyan bu reklamda həyat yoldaşlarını qitə çempionatına buraxmamaq məsləhət görülür. Buna səbəb isə Ukraynada gözəl qadınların çox olması göstərilir.
Artıq bu məsələylə bağlı Ukrayna qarşı tərəfə bu reklam çarxlarını kanallardan yığışdırılmasını tələb edir.