Təlim-məşq məqsədi ilə dünən Sloveniyaya yollanan “Qəbələ” bu gün adıçəkilən ölkədə ilk məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, əşqçi Sənan Qurbanovun başçılığı altında baş tutan hazırlıq prosesində komanda əsasən topsuz çalışmalar yerinə yetirib.
“Qəbələ” hazırlığını gündəlik 2 məşqlə davam etdirəcək. Hazırda düşərgədə yer almayan Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Daniel Subotiç və Viktor Mendi iyunun 15-də heyətə qoşulacaq. Elə həmin gün “qırmızı-qaralar” Sloveniyada ilk sınaq oyununa çıxaraq, Sloveniyanın III liqa təmsilçisi “Stoynitsa” ilə qarşılaşacaq.