big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ” “Olimpik Lion”la qarşılaşacaq

25.03.2014 , 11:31

“Qəbələ” Futbol Akademiyasının məşqçilər heyətinin nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə Fransanın “Olimpik” (Lion) klubunun düşərgəsində olması ilə bağlı xəbər vermişdik. 

Korner.az-ın məlumatına görə, səfərin təfərrüatları barədə açıqlama verən nümayəndə heyətinin rəhbəri Stenli Brard məşqçi heyətinin Fransada yararlı təcrübə keçdiyini söyləyib.

Hollandiyalı mütəxəssis səfərin məqsədi barədə danışıb: “Hər şey planlaşdırdığımız kimi alındı. Bizi Lionda çox yaxşı qarşıladılar. Klubun bazası, əsas komanda və müxtəlif yaş qrupları ilə yaxından tanış olmaq imkanı yaratdılar. Bildiyiniz kimi “Olimpik” klubu aşağı yaş qruplarının inkişafında, futbolçu yetişdirilməsində böyük təcrübəyə malikdi. “Olimpik” Futbol Akademiyasının yetrimələri əsas komanda ilə yanaşı, Avropanın bir sıra klublarında top qovurlar. Klub çox gözəl infrastruktura malikdi. Onların gənc futbolçuların inkişafı istiqamətində çox yararlı fikirləri və planları var. Səfərimizin məqsədi də bütün bu sadaladıqlarımı əyani olaraq görmək, tanış olmaq və bunlardan yararlanmaq idi. Bu baxımdan səfər nümayəndə heyətimiz üçün xeyirli oldu”. 

Səfər zamanı baş tutan görüşlər barədə məlumat verən Brard “Olimpik”lə əməkdaşlığın gələcək perspektivlərindən danışıb. O, məşqçilərin səfərdən razı qaldıqlarını da söyləyib: “Səfər müddətində “Olimpik”in baş məşqçisi Rene Qard, klub prezidentinin müşaviri, Fransa futbolunun əfsanəsi Bernar Lyakomb və Akademiya direktoru Stefan Roşe ilə görüşlər keçirdik. Sözügedən toplantılarda klubun tarixi, inkişaf yolu və hazırda apardığı islahatlar barədə müzakirələr aparıldı. Çox maraqlı görüşlər keçdi və biz bir çox yeniliklərlə tanış olduq. Eyni zamanda klublar arasında münasibətlərin gələcək perspektivləri barədə də söhbətlərimiz oldu. Bu il “Olimpik”in 15 yaşadək futbolçulardan ibarət komandası təqvimin sıxlığına görə Qəbələ Kubokunda iştirak edə bilməyəcək. Amma gələn il onlar turnirdə yer almaq istəyirlər. Bundan əlavə müxtəlif yaş qrupları üzrə komandalarımız arasında yoldaşlıq oyunları da planlaşdırılır. Məşqçilərimiz akademiya komandalarının hazırlıq proseslərini izlədilər, məşqlərdəki fərqli və bənzər cəhətləri müşahidə etdilər. Futbolçuların fiziki və texniki baxımdan bizim futbolçularla fərqlərini gördülər. Ümumilikdə məşqçilərimiz səfərdən çox razı qaldılar”.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə “Qəbələ” Furtbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard  və onun müavini Nail Kərimov, eləcə də akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov (U-17), Zaur Hacıyev (U-16), Hüseynqulu Quliyev (U-15) və Xaqani Məmmədov (U-14) daxil edilmişdilər.

Son yazılar

To Top