big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qələm əhlinin gözündə kiçilən “Böyük oyun”-SORĞU

20.09.2015 , 09:20

Başımız
hər nə qədər klublarımızın Avroliqanın qrup mərhələsindəki  oyunlarına köklənsə də, daxili çempionatı da qulaq ardına vurmaq
olmaz.  Azərbaycan çempionatı da
günü-gündən inkişaf edir və ötən illərlə müqayisədə azarkeşlərimizə daha səviyyəli
futbol təqdim edir.  Bir neçə komandanın
qarşılaşması var ki, onlar Premyer Liqamızda xüsusi oyun hesab olunmalıdır. Təəssüflə
də olsa, bir məqamı qeyd etmək lazımdır ki, 
çempionatımızdakı derbilərin əksəriyyəti klubların gücünə əsaslanır,
tarixə yox. Yalnız birindən başqa… Hansı ki, həmin komandalarından hansı vəziyyətdə
olmasına baxmayaraq, onların qarşılaşmaları hər zaman xüsusi diqqət və maraq
görür. Yəqin ki, söhbətin “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən
“Böyük oyun”dan getdiyini anladız. Biz də öz növbəmizdə idman mediamızdakı qələm
sahibləri ilə əlaqə saxlayıb, axşam keçiriləcək oyun haqda fikirlərini öyrəndik.

Elçin Cəlilov (futbolpress.az saytının baş
redaktoru):”
Böyük oyun” deyilәn matç artıq cazibәsini 2-3 ildi ki itirib.
Sәbәb isə tәrәflәrdәn birinin – “Xәzәr Lәnkәran”ın intriqanı davam
etdirә bilәcәk gücdә olmamasıdır. Oyunda gәrgin mübarizә olmayanda azarkeş üçün
dә maraq qalmır. Hәm dә Lәnkәran klubunun başına gәlәnlәr azarkeşi klubdan
küskün salıb.”

Mərdan Həsənov (newsport.az saytının baş
redaktoru):”
Əvvəla
onu deyə bilərəm ki,bu günkü  oyunda
hansı komandanın pisxoloju durumu daha üstün olsa o,da qalib gələcək,yəni hal
hazırda hər iki komanda demək olar ki eyni gücdədi,Lənkaranlıların məlum
qadağalarına baxmayaraq olar bu oyuna daha aqressiv çıxırlar və heyətdə özünü
subut etməyə çalışan gənc oyunçular yetərincədi. Ajotajın olmamasının səbəbi isə
 nə” Xəzər Lənkaran” əvvəlki oynunu
oynayır,nə də “Nefçi”,azarkeş də stadiona oyuna baxmağa gəlir istədiyi oyunu görməyəndə
komandadan üz çevirir, qadağalar  da buna
öz təsirin göstərir.Yəni ən azından əvvəlki illərdə ki,ajotajı qaytarmaq üçün
ilk növbədə meydanda hər iki komanda normal səviyyədə oyun göstərməlidi.Birdə ki,
mənim fikrimcə,
 bu günkü  matça  daha “Böyük oyun” demək olmaz çünki,hər iki
klub artıq  statusunu  itirib və bunu geri qaytarmaq üçün görüləsi
işlər çoxdu.”

Rəşad Ergün (komanda.az saytının baş
redaktoru): “ 
Bu günkü oyun haqda fikrim
budu ki, sıradan bir qarşılaşma olacaq. Keçmiş günləri xatırlayanlar, bu iki
komandanın qarşılaşmalarından böyük gözləntiləri olanlar yəqin ki, var. Amma
özümüzü aldatmayaq. “Boyük oyun”un indi sadəcə, adı qalıb. O adı da mətbuat
yaşadır, “Neftçi” və “Xəzər Lənkəran” yox. “Böyük
oyun” ətrafında əvvəlki kimi ajiotajın olmaması… Bu, futbolu, idmanı
aşan, böyük məsələdi, məncə, bu mövzuya girməsək yaxşıdı.”

Amal Abuşov (“Futbol+” qəzetinin əməkdaşı):
Təəssüflənirəm
ki, sizin də qeyd etdiyiniz kimi, əvvəlki ajiotajdan əsər-əlamət yoxdu. Məncə,
bunun əsas səbəbi azarkeşlərə qoyulan qadağadı. Lənkəran stadionunda azarkeşlərin
həbs olunması, ondan əvvəl kubokun finalında yaşananlar bu oyunun gözəlliyinə xələl
gətirdi. Digər tərəfdən, indi nə “Neftçi”, nə də “Xəzər Lənkəran”
əvvəlki deyil.
Biz “Böyük oyun”u itirmişik.

Ürfan Məmmədzadə

Son yazılar

To Top