“Turnirin son oyunu olduğu üçün futbolçularda yorğunluq hiss olunurdu. Buna görə o qədər də baxımlı oyun nümayiş etdirə bilmədik. Bununla belə, qələbə qazana bildik”.
Korner.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının (U-17) baş məşqçisi Təbriz Həsənov deyib.
O, “FA of Moldova Cup” turnirində Bolqarıstan yığmasını 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra affa.az saytına fikirlərini bildirib: “Düşünürəm ki, vaciblik dərəcəsindən asılı olmayaraq, bütün oyunlarda qələbə qazanmaq faydalıdır. Çünki hər qələbə futbolçularda əlavə ruh yüksəkliyi yaradır və özünəinam hissini gücləndirir”.
