big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”nin 100-cü matçı

09.04.2013 , 11:03

“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu bu həftə keçirəcək.

Korner.az-ın məlumatına görə, komanda XXVI tur çərçivəsində aprelin 13-ü “Bakı”nı qəbul edəcək. Bu qarşılaşma 2 yubileylə əlamətdar olacaq. Daha bir yubiley isə matçın nəticəsindən asılı olacaq.

 
 Bu matç “Qəbələ”nin Premyer Liqada öz meydanında keçirdiyi 100-cü matçdır. Evdə indiyədək 99 çempionat oyunu keçirən komanda 45 qələbə qazanıb, 23 heç-heçə edib və 31 dəfə uduzub. “Qəbələ” öz meydanında 116 qol vurub və 85-ni buraxıb. Komanda 185 ev xalı toplamağa nail olub.
 
 İlk ev matçını 2006-cı il avqustun 5-də “İnter”ə qarşı keçirən “Qəbələ” o vaxt “Gilan” adı ilə Xanları təmsil edirdi. 7 il əvvəlki matç da qolsuz heç-heçə nəticələnib. Öz meydanındakı 50-ci oyun isə 2009/10 mövsümündə ilk “altılığ”ın 1-ci ev matçına təsadüf edib. 2010-cu il martın 21-də “Qarabağ”ı qəbul edən “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.
 
 Aprelin 13-dəki qarşılaşma rəqiblər arasında sayca 25-ci – yubiley dueli olacaq. Paytaxtın eyniadlı təmsilçisinə qarşı baş tutan əvvəlki 24 görüşdən 18-i çempionat, 6-sı kubok çərçivəsində baş tutub. Bu matçlarda üstünlük bakılıların tərəfindədir. 15 dəfə qalib gələn paytaxt klubu daha 6 dəfə bərabərliklə kifayətlənib. “Qəbələ” isə rəqibini 3 dəfə məğlub etməyi bacarıb. Bakılıların 30 qol vurduğu matçlarda əyalət təmsilçisi 14 dəfə fərqlənib.
 
 Ölkə çempionatlarındakı görüşlərdə isə bakılılar 12 matçda qalib gəlibsə, 3 oyun heç-heçə, 3-ü isə “Qəbələ”nin qələbəsi ilə başa çatıb. Top fərqi “Bakı”nın ikiqat üstünlüyünü əks etdirir – 24:12. Kubokda isə bakılıları məğlub edə bilməyən “Qəbələ” 6 qarşılaşmada 3 heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Top fərqində qəbələlilər geridədir – 2:6. Buna baxmayaraq 6 oyunu əks etdirən 3 dueldən birində mərhələni məhz “Qəbələ” keçib. Bu hər 2 oyunun heç-heçə bitdiyi, cütün taleyinin penaltilər seriyasında müəyyənləşdiyi vaxt mümkün olub.
 
 Son 4 matçda qələbə qazana bilməyən “Qəbələ” Luis Araqonun rəhbərliyi altında 2-ci matçına çıxacaq. Bu dəfə də ispaniyalı ilə doğma publika önünə çıxacaq komanda ardıcıl 4 dəfə təxirə salınan yubileyinə imza atmağa çalışacaq. Premyer Liqada 74 qələbəsi olan qəbələlilər 75-ci uğur üçün mübarizə aparacaq.
2006/07 29.10.2006 Premyer Liqa Bakı – Gilan (Qəbələ) 1:0
2006/07 21.11.2006 Azərbaycan kuboku Gilan (Qəbələ) – Bakı 0:2
2006/07 02.12.2006 Azərbaycan kuboku Bakı – Gilan (Qəbələ) 1:0
2006/07 18.04.2007 Premyer Liqa Gilan (Qəbələ) – Bakı 0:1
2007/08 19.08.2007 Premyer Liqa Qəbələ – Bakı 2:0
2007/08 24.02.2008 Premyer Liqa Bakı – Qəbələ 3:0
2007/08 06.03.2008 Azərbaycan kuboku Bakı – Qəbələ 1:1
2007/08 20.03.2008 Azərbaycan kuboku Qəbələ – Bakı 1:1, p.4:3
2008/09 09.11.2008 Premyer Liqa Bakı – Qəbələ 3:0
2008/09 25.04.2009 Premyer Liqa Qəbələ – Bakı 0:1
2009/10 31.10.2009 Premyer Liqa Qəbələ – Bakı 0:2
2009/10 13.02.2010 Premyer Liqa Bakı – Qəbələ 2:0
2009/10 28.03.2010 Premyer Liqa Bakı – Qəbələ 1:1
2009/10 01.05.2010 Premyer Liqa Qəbələ – Bakı 1:0
2010/11 22.08.2010 Premyer Liqa Bakı – Qəbələ 2:1
2010/11 23.12.2010 Premyer Liqa Qəbələ – Bakı 0:1
2010/11 03.03.2011 Azərbaycan kuboku Qəbələ – Bakı 0:0
2010/11 08.03.2011 Azərbaycan kuboku Bakı – Qəbələ 1:0
2011/12 07.08.2011 Premyer Liqa Qəbələ – Bakı 0:0
2011/12 26.11.2011 Premyer Liqa Bakı – Qəbələ 2:1
2011/12 01.04.2012 Premyer Liqa Bakı – Qəbələ 2:1
2011/12 29.04.2012 Premyer Liqa Qəbələ – Bakı 4:0
2012/13 04.10.2012 Premyer Liqa Bakı – Qəbələ 1:1
2012/13 02.12.2012 Premyer Liqa Qəbələ – Bakı 0:2

Son yazılar

To Top