“Malmö”nün futbolçusu üçün mövsüm bitdi
30.09.2024 , 18:45
“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Malmö” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, İsveç təmsilçisinin futbolçusu Sead Hakşabanoviç zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 25 yaşlı hücumçunun qasıq nahiyəsindəki zədə səbəbindən əməliyyat olunacağı bildirilib.
O, cari mövsümün sonuna qədər sıradan çıxıb.